YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib (FOTO)


Digərləri 24 Apr 2019 19:55:24 221 0

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib (FOTO)

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Bakı. YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önunə qızıl gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əiyevin adı ilə bağlıdır. Azərbaycan gəncliyinə diqqət və qayğının davamlılığının nəticəsidir ki, hazırda onlar ictimai həyatın bütün sferalarında fəal iştirak edir, cəmiyyətin avanqard qüvvəsinə çevriliblər. Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi təbii ki, ulu öndər Heydər Əliyevin Azərbaycanı gələcəkdə müstəqil ölkə kimi görmək istəyindən qaynaqlanırdı. Azərbaycan müstəqillik qazandıqdan, ən əsası ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. 1997-ci ildə imzalanan Sərəncamla gənclərin I Forumunun keçirildiyi tarix, 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. D.İbrahimxəlilov bildirib ki, son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan edilməsi bu qayğının bariz nümunələrindəndir. YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri Zeynal Əsgərov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.