"Multizavrlar" tamaşası böyük maraq və izdihamla qarşılanıb


Digərləri 24 Apr 2019 19:29:00 261 0

"Multizavrlar" tamaşası böyük maraq və izdihamla qarşılanıb

"MGM Production" şirkətinin təşkilatçılığı ilə keçirilən "Multizavrlar" tamaşası böyük maraq və izdihamla qarşılanıb.

Son.az xəbər verir ki. aprelin 20-si Akademik Milli Dram Teatrında baş tutan tamaşa uşaqları və hətta valideynləri də çox təəccübləndirib və xeyli əyləndirib. 

Xatırladaq ki, Moskvanın "МУЛЬТИЗАВРЫ. ТАИНСТВЕННЫЙ ОСТРОВ" adlı lisenziyalı multimediyalı tamaşasında bütün qonaqlara xüsusi interaktiv qolbaqlar paylanılıb. Uşaqlar və valideynlər tamaşa boyu bir-birindən maraqlı missiyalarda iştirak edib və tamaşanın bilavasitə baş qəhrəmanlarına çevriliblər.

Tamaşadan sonra isə şirkət tərəfindən təşkil olunan xüsusi foto-zonalarda tamaşaçılar pulsuz fotosessiyadan yararlanıblar. 

Qeyd edək ki, fotosessiyadan olab şəkillər bir neçə gün ərzinda şirkətin rəsmi Facebook səhifəsində paylaşılacaq: https://www.facebook.com/Admin.MGM.PRO

Xatırladaq ki, "MGM Production" hal-hazırda növbəti tamaşasına hazırlaşır. Belə ki, mayın 18-i uşaqların sevimli ailəsi olan Barboskinlər Bakıda qonaq olacaqlar. Onlar Akademik Milli Dram Teatrında "Barboskinlər və ya kitab rəfinin sirri" tamaşası ilə çıxış edəcəklər. (+ video)


Xəbərə aid fotolar