Bu il Rusiyadan Azərbaycana gələn turst sayı açıqlandı


Digərləri 24 Apr 2019 19:19:00 194 0

Bu il Rusiyadan Azərbaycana gələn turst sayı açıqlandı

"Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox turist gəlib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyevin sözlərinə görə, Rusiyadan Azərbaycana turistləri cəlb etmək üçün tək bu ölkənin mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.