Azərbaycanla İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub


Siyasət 24 Apr 2019 18:44:00 198 0

Azərbaycanla İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Mohamməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.