“Sevda Yəhyayeva əcnəbi ilə evlənir”


Şou-biznes 24 Apr 2019 18:37:00 247 0

“Sevda Yəhyayeva əcnəbi ilə evlənir”

ARB TV-nin "Faydalı" saat verilişinin növbəti qonağı teleaparıcı Afaq Gəncəli olub.   Son.az xəbər verir ki, Sloveniya aşiqi olan teleaparıcı oradan ağız dolusu danışıb:  "Mən heç yeri sevmirəm. Avropada yaşamaram. Ancaq Azərbaycan. İndi də o fikirdəyəm. Amma Sloveniyada yaşayaram, qayıdanda ora üçün darıxdım. Düzdü slovyan dilidi, amma rus dilinə bənzəyir deyə, hardasa tutmaq olur. Əgər biraz özünü zorlasan, o dili öyrənə bilərsən". Afaq Gəncəli oradan evlilik təklifi gözləsə də, bu təklifin ona yox, başqasına gəldiyindən danışıb:  "Mənə gəlmədi evlilik təklifi. Amma sizə bir sirr açım. Bu təklif müğənni Sevda Yəhyayevaya gəldi. Serbiyanın çox məşhur bir insanından, vətəndaşından gəldi. Toyun nə vaxt olduğunu isə deyə bilmərəm. O məni öldürəcək, amma mən bunu dedim".

Videonu izləmək üçün şəklə klikləyin:

Son.az