Övladlığagötürmədə bu tələblər də əksini tapacaq


Digərləri 24 Apr 2019 18:36:00 216 0

Övladlığagötürmədə bu tələblər də əksini tapacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən müvafiq işlər davam etdirilir.

Bakı. Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən müvafiq işlər davam etdirilir. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazirlikdəki işçi qrupu tərəfindən mütərəqqi dünya təcrübəsi də nəzərə alınmaqla hazırlanmaqda olan yeni idarəetmə modelində prioritetlərdən biri-övladlığa götürülən uşaqların maraq və mənafelərinin, gələcək layiqli həyat şəraitinin təminatıdır.