SOCAR karbamid ixracı planları barədə


Digərləri 24 Apr 2019 18:21:00 297 0

SOCAR karbamid ixracı planları barədə

"SOCAR karbamid zavodunda istehsal olunan məhsulun 95 faizini xaricə tədarük etməyi planlaşdırır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu zavodun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov Bakıda SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi - Layihələr və Texniki Həllər konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan karbamidinin əsas tədarük bazarları Türkiyə, Qərbi Avropa və Aralıq dənizi ölkələridir.