Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən HAVA ŞƏRAİTİ


Digərləri 24 Apr 2019 18:00:00 249 0

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən HAVA ŞƏRAİTİ

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.

Aprelin 27-də də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.