Bakıda keçmiş məhkum dostunu öldürmək istədi


Kriminal 24 Apr 2019 18:09:00 220 0

Bakıda keçmiş məhkum dostunu öldürmək istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan Qəbələ rayon sakini Nemət Alcanovun cinayət işi üzə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxış iclası hakim Azər Paşayevin sədrliyi ilə aprel ayının 26-da keçiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 29-da səhər saat 5 radələrində Ağcabədi rayon sakini Nüsrət Aslanov Nəsimi rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dostunu bıçaqlamaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş N.Alcanov saxlanılıb.