Telekanal efirdəki söyüşə görə cərimələndi


Digərləri 24 Apr 2019 17:59:00 286 0

Telekanal efirdəki söyüşə görə cərimələndi

Bu gün Yasamal Rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) "Space" televiziyasına qarşı tərtib etdiyi protokol üzrə məhkəmə prosesi keçirilib. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, MTRŞ-ın iddiası təmin edilib və televiziya altı min manat məbləğində cərimələnib. 

MTRŞ İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.