"Pis obrazları oynamaqdan zövq alıram"


Digərləri 24 Apr 2019 17:49:00 259 0

"Pis obrazları oynamaqdan zövq alıram"

Məşhur aktrisa Codie Coner rolları ilə bağlı etiraf edib. 

Son.az axşam.az-a istinadən xəbər verir, oynadığı pis obrazlardan zövq aldığını deyib.  "İnsanların izlədiklərinə inandıqlarını görmək çox gülməlidir. Pis obrazı oynamaqdan zövq alıram" deyən 26 yaşlı Coner bunları əlavə edib: "Pis obrazları oynadıqca həzz alıram. İnsanların sizi izlədikdən sonra neqativ düşünüb, realda tanıyandan sonra "Pis adam deyilmişsiniz" deməsi maraqlıdır. Bununla əylənirəm. Demək, o qədər gözəl oynayıram ki, onları mənə inandırıram".