"Bacım və ailəsi evimizi əlimizdən alır"


Digərləri 24 Apr 2019 17:39:00 227 0

"Bacım və ailəsi evimizi əlimizdən alır"

Təxminən 10-12 il öncə ölkənin populyar ifaçıları onun mahnılarını oxuyurdular. Amma son illər sanki yaradıcılığında durğunluq hökm sürür. Daha doğrusu, "UZİ Gülər" kimi tanınan həkim bacısı Gülər İbrahimovanın ailəsiylə aralarındakı qalmaqal belə demək mümkünsə, Sədaqət Arifqızının yaradıcılığını ikinci plana keçirib. Əslində, elə ilk sualım da yaradıcılıqla bağlı oldu, amma görünür iki bacı arasındakı mülk qalmaqalı hələ də bitməyib.

Son.az ölkə.az-a istinadən Sədaqət Arifqızı ilə müsahibəni təqdim edir:

- Sədaqət xanım, yaradıcılığınızda hansı yeniliklər var, hansı müğənnilərlə işləyirsiniz?

- Yaradıcılıq bir yana, hətta atamın adı da az qala yadımdan çıxıb. Bunlar məni o qədər bezdiriblər ki, iki ildir ümumiyyətlə yaradıcılıqla məşğul ola bilmirəm. 

- Kimlər?

- Bacım və bacımın oğlu.

- Mətbuatda bu barədə oxumuşdum. Amma istərdim ki, özünüzdən ətraflı eşidək.

- 2010-ci ildə oğlum Ağası Hüseynov həyat yoldaşı və iki övladıyla birlikdə bir illik Amerikaya getdi. Amerikaya iş qurmaq üçün getmişdi. Elə oldu ki, 12 yaşlı nəvəm ağır xəstələndi və Bakıya dönməli oldular. Nəvəm Nyu-Yorkda əməliyyat olunsa da, heç bir xeyri olmadı və 2011-ci ildə uşağı itirdik. Həmin ərəfədə oğlum yeni tikilən binadan dörd otaqlı mənzil almışdı. O mənzildə oğlum ailəsiylə cəmi səkkiz ay yaşayıb Amerikaya köçmüşdü. Nəvəmin yas məclisini verdik. Təbii ki, oğlum və gəlinim, hamımız çox pis haldaydıq. Oğlum dedi ki, bu mənzildə yaşaya bilmirəm, hər şey mənə uşağı xatırladır, evimi satıram. Oğlum atası ilə birlikdə həmin mənzili satdı. Bacımın oğlu Fuad İbrahimov dedi ki, sənin başın yasa qarışdığından yaxşı mənzil axtarıb tapa bilməyəcksən, sənin üçün yaxşı ev taparam. Fuad  "Lider" telekanalının yaxınlığındakı binalardan birinə köçmüşdü, oğluma da həmin binadan ev tapdı. "Tamam MTK"-ya aid binadakı mənzil isə qohumumuzun idi.  Fuad gəldi ki, pulu ver, aparım alqı-satqını edim. Fuadın anası-bacım Gülər İbrahimova çox vaxt xəstə olub deyə, o uşaqlara da anamla mən baxmışam. Fuadı öz balalarımdan ayırmamışam, qucağımda böyüyüb. Ona görə də oğlum Fuada inandı. Oğluma mənzil təklif etdiyi binanın isə nə kupçası, nə orderi yoxdur, yalnız müqaviləylə alqı-satqı olunur. Halbuki neçə ilin binasıdır. Mənzili də Günel adlı qohumumuza atası Lütfi almışdı, sonradan ərə getdi və atası dedi ki, evi satıram, qızımın mənzilə ehtiyacı yoxdur. Fuadın vasitəsilə alqı-satqı edildi və mənzil oğlumun adına alındı. İki il o mənzildə yaşadıqdan sonra oğlum dedi ki, burada özümə yer tapa bilmirəm, yenidən Amerikaya köçürəm. Çünki Ağası övladının dərdini unuda bilmirdi. İki il sonra bacımın oğlanları Rəşad, Taleh və Fuad İbrahimovlar, bacımın əri, Ağasının atası qonaqlıq edib oğlumu yola saldılar.

- Sədaqət xanım, bir ara kürəkəniniz barədə də mətbuatda məlumatlar yayılırdı...