Lənkəranda sürüşmə ərazisindəki yolda hərəkət bərpa olunub


Digərləri 24 Apr 2019 16:44:00 258 0

Lənkəranda sürüşmə ərazisindəki yolda hərəkət bərpa olunub

Lənkəran rayonunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun hərəkət hissəsində ciddi problem yoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, intensiv yağışlar nəticəsində yolun yerləşdiyi hissədə yamacda torpaq sürüşməsi nəticəsində torpaq axını yolun hərəkət hissəsinə tökülüb: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yolun hərəkət hissəsi torpaqdan təmizlənib. Sel suları yolun çiyin hissələrində müəyyən yerləri yuyub. Həmin hissələrin bərkidilməsinə ehtiyac var. Hazırda agentliyin əməkdaşları ərazidədir. Gün ərzində bərkitmə işləri başa çatdırılacaq. Yolun hərəkət hissəsində, asfaltda heç bir çat və ya sürüşmə yoxdur.