Yaxın aylarda Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq


Digərləri 24 Apr 2019 16:49:00 234 0

Yaxın aylarda Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq

Yaxın aylarda Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

F.Hüseynov bildirib ki, bir müddət əvvəl Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində təmir-bərpa işlərinin aparılması haqqında Niyyət Məktubu imzalanıb:

"Yaxın vaxtlarda layihə sənədləri hazırlanacaq, sonra isə həmin tarixi abidələrin bərpasına başlanılacaq. Bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında TİKA tərəfindən həyata keçiriləcək".