Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb (FOTO)


Digərləri 24 Apr 2019 16:39:00 187 0

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün  özünüməşğulluq proqramı üzrə təlimə başlanıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlər davam etdirilir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlər davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, Xəzər rayon Məşğulluq Mərkəzi tərəfindən də 2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb edilənlərdən ilk qrupu üçün təlimə başlanılıb. Təlimdə sosial cəhətdən həssas kateqoriyalardan (müharibə ilə əlaqədar və ümumi səbəblərdən əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri və s.) olan 17 vətəndaş iştirak edir.