Bakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0a doğru" layihəsini təqdim etdi


Digərləri 24 Apr 2019 16:04:00 244 0

Bakı Ali Neft Məktəbinin tələbəsi "Sənaye 4.0a doğru" layihəsini təqdim etdi

Bakı Ali Neft Məktəbində Ali Məktəbin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan V kurs tələbəsi Aydın Nəsirzadənin Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında "Sənaye 4.0-a doğru" adlı bir aylıq təlim keçirilib.

Ali Məktəbdən Son.az-a verilən məlumata görə, layihənin təlimləri müxtəlif şirkətlərdən dəvət olunmuş mühəndis və mütəxəssislər tərəfindən keçirilmişdir. Layihə, Fondun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, "Sənaye 4.0-a doğru" adlı layihənin əsas məqsədi proseslərin avtomatlaşdırılması mühəndisliyi, idarəetmə və nəzarət ölçü cihazları mühəndisliyi, elektrik mühəndisliyi və oxşar ixtisaslarda təhsil alan gənclərə gələcək peşələrinin mahiyyətini, vacibliyini və ölkəmizdəki vəziyyətin ən son sənaye inqilabı standartları ilə ayaqlaşması üçün lazımi motivasiyanı vermək idi. Layihə iştirak edən gənclərdə Sənaye 4.0 yolunda atılan ilkin addımlar haqqında anlayış yaranıb.