Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışına başlayır


Digərləri 24 Apr 2019 16:00:00 226 0

Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışına başlayır

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.

Bakı. Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.