KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib


Digərləri 24 Apr 2019 15:06:01 173 0

KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib

Bakıda keçirilən “Falcons Summit” tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun (SAGIA) rəhbərlik etdiyi dövlət və özəl sektor nümayəndələri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Bakı. Bakıda keçirilən “Falcons Summit” tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun (SAGIA) rəhbərlik etdiyi dövlət və özəl sektor nümayəndələri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub. KOBİA-dan Trend-ə verilən məlumata görə, İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGIA-nın Beynəlxalq əməkdaşlıq və müqavilələr idarəsinin baş direktoru Bader Məhəmməd Almufqai arasında keçirilmiş görüşdə ölkələrimiz arasında investisiya sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı”nda nəzərdə tutulmuş əməkdaşlıq istiqamətləri və bu sahədə görüləcək tədbirlər müzakirə edilib.