Arvadını bıçaqlayıb özünü dənizə atdı


Digərləri 24 Apr 2019 14:25:00 192 0

Arvadını bıçaqlayıb özünü dənizə atdı

Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəmnində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.

Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisədən sonra Natiq Dədəcanov Səbail rayonunda, Dəniz Vağzalı ərazisində intihara cəhd edib. N.Dədəcanovu Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilas ediblər.