Gecə saatlarında Bakı sakininə zor tətbiq edən şəxslər tutulub


Digərləri 24 Apr 2019 14:23:00 171 0

Gecə saatlarında Bakı sakininə zor tətbiq edən şəxslər tutulub

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şosesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb.

Bakı. Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan şosesi küçəsi ilə gedərkən 2 nəfərin hücumuna məruz qalıb. Həmin şəxslər ona zor tətbiq edərək 230 manatını alıblar. Zərərçəkmiş bu barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.