ABŞ Rusiyanı hədələdi


Dünya 24 Apr 2019 14:05:00 219 0

ABŞ Rusiyanı hədələdi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bəyan edib ki, Aralıq dənizində olan ABŞ aviadaşıyıcıları Rusiyanı beynəlxalq ictimaiyyətə qulaq asmağın vacibliyi barədə xəbərdar edir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı donanmasının press-relizinə istinadən məlumat yayıb.

C.Hantsmanın sözlərinə görə, güclü aviadaşıyıcı qrupu Rusiyaya "dünya üzrə sabitliyi pozmaq fəaliyyətini dayandırmaq" barədə xəbərdarlıq siqnalıdır.

"Sizin Aralıq dənizində üzən iki min ton diplomatiyanız olanda, başqa heç bir şey lazım deyil", - CNN D.Hantsmanın sözlərini sitat gətirir.