"Azərbaycan Qran Prisi-2019" poçt blokunda və suvenir vərəqdə (FOTO)


Digərləri 24 Apr 2019 13:58:04 173 0

"Azərbaycan Qran Prisi-2019" poçt blokunda və suvenir vərəqdə (FOTO)

Formula 1 yarışı ilə əlaqədar "Azərbaycan Qran Prisi - 2019” adlı poçt bloku və suvenir vərəq dövriyyəyə buraxılıb.

Bakı. 26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar "Azərbaycan Qran Prisi - 2019” adlı poçt bloku və suvenir vərəq dövriyyəyə buraxılıb. Trend-in "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, poçt bloku 95x100 mm ölçülərində hazırlanıb və bir 40x40 mm ölçülərində olan markadan ibarətdir. Suvenir vərəq 132x180 mm ölçülərindədir. Eyni zamanda, 51x37.5 mm ölçülərində səkkiz markadan ibarətdir.