Azərbaycanda yeni elektron hökumət portalı işə salınacaq


Digərləri 24 Apr 2019 13:43:00 192 0

Azərbaycanda yeni elektron hökumət portalı işə salınacaq

Gələn ay Azərbaycanda yeni elektron hökumət portalı (mygov.az) işə salınacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O qeyd edib ki, "mygov.az" saytında "ASAN Pay" xidmətlərindən yararlanmaq mümkün olacaq. Portal vasitəsilə vətəndaşlar sistemə qoşulmuş müxtəlif struktur və şirkətlərin xidmətlərindən istifadə edəcək.

Onun sözlərinə görə, hazırda xidmətlərin sayta qoşulması üzrə işlər başa çatdırılır.