Ali təhsillə bağlı qanun layihəsi nə zaman hazır olacaq?


Digərləri 24 Apr 2019 13:47:00 218 0

Ali təhsillə bağlı qanun layihəsi nə zaman hazır olacaq?

""Ümumi təhsil haqqında" qanun layihəsini sonuncu oxunuşda qəbul edərək, onu imzalanması, hüquqi qüvvəsinə minməsi üçün yuxarı instansiyaya təqdim etmişik.

Bizim təhsil sahəsi ilə bağlı hazırlayacağımız növbəti qanun layihəsi isə ali təhsillə bağlı olacaq. Artıq bu qanun layihəsinin ilkin hazırlıqlarına başlamışıq. Elm və təhsil komitəsinin üzvləri imkan daxilində bu yöndə dünya təcrübəsini müəyyən qədər öyrəniblər, pedaqoji ədəbiyyatdan ali təhsillə bağlı olan məqamlara diqqət yetiriblər.

Amma hələlik qanun layihəsinin hazırlanması üçün İşçi Qrupu yaratmamışıq. Biz düşünürük ki, qarşıdan gələn may ayında ali təsillə bağlı qanun layihəsini hazırlamaq üçün İşçi Qrupunu yaradaq və onun tərkibinə həm Təhsil Nazirliyinin məsul əməkdaşlarını, həm dövlət və özəl ali təhsil müəssisələrini təmsil edən nümayəndələri, həm də vətəndaş cəmiyyətinin təmsilçilərini daxil edək".

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

"Yəni, komitəmizin üzvü olan millət vəkilləri ilə birlikdə nüfuzlu bir İşçi Qrupu yaratmaq niyyətindəyik. Qeyd edim ki, Elm və təhsil komitəsində də uzun müddət ali təhsil müəssisələrində çalışan, hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirən, həm də bu istiqamətdə qanunvericilik təcrübəsinə malik olan deputatlarımız var.