Juventus-un futbolçusu "Alleqri qovulmalıdır" statusunu bəyənib


İdman 24 Apr 2019 13:20:00 216 0

Juventus-un futbolçusu "Alleqri qovulmalıdır" statusunu bəyənib

Juventus-un müdafiəçisi Joao Kanselo maraqlı addımla gündəmə gəlib.

GOAL.az-n məlumatına görə, portuqaliyalı futbolçu bununla "qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqrinin qəzəbinə tuş gələ bilər.  25 yaşlı cinah oyunçusu tvitterdə "Alleqri qovulmalıdır" başlıqlı statusu bəyənib. O, bu hərəkətlə italiyalı mütəxəssisin rəhbərliyi altında xoşbəxt olmadığına işarə vurub. Çünki Kanselo son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkir. Müdafiəçinin xidmətində  Manchester United maraqlıdır.