Maykl Ceksonun 10 illik cangüdəni təcavüz iddiaları barədə danışdı: "Mübarizə düzgün aparılmadı" FOTO


Digərləri 24 Apr 2019 13:13:00 247 0

Maykl Ceksonun 10 illik cangüdəni təcavüz iddiaları barədə danışdı: "Mübarizə düzgün aparılmadı"  FOTO

Maykl Ceksonun cangüdəni müğənni ilə bağlı qalmaqala son qoyacağını açıqlayıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, pop dünyasının əfsanəsi olan Maykl Ceksonun cangüdəni Mat Fids (Matt Fiddes) "Leaving Neverland" (Neverlandı tərk edərkən) filmi barədə danışıb.

10 ildən uzun müddət ərzində Maykl Ceksonu və ailəsini mühafizə edən Mat bildirib ki, o, bəlkə də, Maykl Ceksonun şəxsi həyatı barədə məlumatlı olan tək-tük insanlardan biridir.

40 yaşlı Fids əvvəllər müğənni ilə bağlı yayılan şayiələr barədə səssizliyini qorusa da, açıqlama verməyin vacibliyini düşünərək şəxsi Instagram hesabında status yazıb.

O, müğənninin həyatından bəhs edən və azyaşlılara təcavüz etdiyi təsvir edilən "Leaving Neverland" filmini "cəfəngiyyat" adlandırıb.

"Mən, sadəcə, öz yerimdə oturmuşam və "sirk"də baş verənləri izləyirəm. Düşünürəm ki, mənə və ailəmə hər zaman yaxşılıq edən Maykl Ceksonu müdafiə etməyin vaxtı gəlib çatıb.

İnsanlar Maykl Ceksonun kim olduğunu və onun hələ də dünyanın ən məşhur adamlarından biri olduğunu unudublar. O, dünyanın ən böyük hədəfidir.

Maykl həmişə şəxsi həyatını sirr olaraq saxlayıb. O, bu məsələdə mətbuatın gücünü başa düşürdü və buna görə də bu vaxta qədər şəxsi həyatını gizli saxlaya bilirdi. Amma öldükdən sonra hər şey dəyişdi"

Fids, həmçinin bildirib ki, mühafizəçi işlədiyi vaxt onun iş yoldaşı olan digər cangüdən Bill Vitfild ilə əlaqəsi var və onlar Maykl Ceksonla bağlı gördükləri hər şeyi olduğu kimi danışmağı planlayırlar.


Xəbərə aid fotolar