Bu sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sürətləndirəcək


Digərləri 24 Apr 2019 13:06:00 263 0

Bu sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sürətləndirəcək

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub.

Son.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Aysel Fərziyeva Trend-ə açıqlamasında məlumat verib.

Bildirib ki, müraciətlərdən 147-i "ilkin istehsal", 553-ü "istehsal (emal)", 17-i "qablaşdırma", 27-i "saxlanma", 3-ü "daşınma", 441-i "topdan satış", 2636-ı "pərakəndə satış" və 819-u "ictimai iaşə" fəaliyyət istiqaməti ilə bağlı olub.

Sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib. Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.