Prezident Administrasiyası: "Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur"


Siyasət 24 Apr 2019 12:55:12 232 0

Prezident Administrasiyası: "Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur"

Ermənistanın və erməni diasporunun bir sıra qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur.

Son.az xəbər verir ki, bunu Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Məlumatda qeyd olunur ki, Ermənistan qondarma "soyqırımı" barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.

Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin "erməni soyqırımı" olması barədə heç bir sübut təqdim edə bilmir:

"Bir sıra qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi qəbul etməsi, o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur".