Rusiyadan gələn Azərbaycan vətəndaşında dərman preparatları tapıldı FOTO


Kriminal 24 Apr 2019 12:44:00 228 0

Rusiyadan gələn Azərbaycan vətəndaşında dərman preparatları tapıldı  FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya Federasiyası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 115 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin yük yerindəki qara polietilen paketin içərisində "Tamoksifen 20 mq" markalı 300 ədəd dərman preparatının boş qutusu, avtomobilin alt hissəsindəki ehtiyat təkərin ortasında olan boşluqda isə "Tamoksifen 20 mq" markalı 11 400 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar