Sem Smit Bakıya gəlmədi


Digərləri 24 Apr 2019 12:48:00 210 0

Sem Smit Bakıya gəlmədi

"Brit" mükafatlı məşhur müğənni 27 aprel tarixində Formula 1 SOCAR Azərbaycan Qran Prisində konsert verəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Son.az-a verilən məlumata görə, "Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019" yarış həftəsonunun şənbə günü, 27 aprel tarixində sağlamlıq məsələləri ilə bağlı konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün "Price Tag", "Domino" və "Bang Bang" kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək.

Bakı Kristal Zalında baş tutacaq bu konsert tədbiri BŞH-nin Formula 1 yarış həftəsonu əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək.

Britaniyalı müğənninin "Who You Are" adlı albomu milyonlarla satılıb və ona "BRITS Critics' Choice" mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etiraflarını bölüşdüyü "R.O.S.E" albomunu çıxarıb.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi "Brave" adlı ən son sinqlı isə 26 aprel tarixində buraxılacaq.