Səhiyyə Nazirliyi: "Bu il iki nəfər quduzluqdan ölüb"


Digərləri 24 Apr 2019 12:30:00 211 0

Səhiyyə Nazirliyi: "Bu il iki nəfər quduzluqdan ölüb"

Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib: "Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. Bu il öz həyətindəki itin cırmaqladığı şəxslərdən biri vaksinasiya üçün müraciət etməyib. Digər şəxs isə 3 vaksin vurdurduqdan sonra onu davam etdirməyib. Nəticədə hər iki hal ölümlə sona çatıb".