Azərbaycanda bu il 218 qızılcaya yoluxma halı təsdiqlənib


Digərləri 24 Apr 2019 12:22:00 192 0

Azərbaycanda bu il 218 qızılcaya yoluxma halı təsdiqlənib

Azərbaycanla qonşu olan Gürcüstan Avropa regionunda qızılcanın ən çox yayıldığı 5 ölkədən biridir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanla qonşu olan Gürcüstan Avropa regionunda qızılcanın ən çox yayıldığı 5 ölkədən biridir. Bu, bizi narahat edir, buna görə tədbirlərimizi daha da gücləndirməliyik. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin mütəxəssisi Cəvahir Süleymanova deyib. Onun sözlərinə görə, 2018-ci ildə 47 ölkədə 83 540 yoluxma halı baş verib: "Ötən il Avropa regionunda ən yüksək göstərici Ukraynada olub. Burada qızılcaya 39 902 yoluxma halı qeydə alınıb. Yaşı 30 və 30-dan çox olanlar qızılcaya daha çox yoluxublar. 2019-cu ildə Avropa regionunda 42 ölkədə 34 300 yoluxma halı baş verib. Ən yüksək rəqəm bu il də 25 319 hal olmaqla, Ukraynada qeydə alınıb".