Bakıda daha bir qız özünü binadan atdı


Digərləri 24 Apr 2019 12:14:33 246 0

Bakıda daha bir qız özünü binadan atdı

Ötən axşan paytaxtın Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində qeydə alınıb.

23 yaşlı Dadaşova Firuzə Rasim qızı özünü binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Son.az xəbər verir ki, gənc qızın intiharı ilə bağlı ilginc detallar ortaya çıxıb.

Mərhumun anası iddia edir ki, Firuzənin işlədiyi salondan oğurlub olub. Obyekti işlədən şəxs oğurluqda Firuzəni təqsirli sayıb və ona yoxa çıxan məbləğin geri qaytarılması üçün vaxt qoyub.

İstintaq davam edir.

Məhəmməd Vaqif Son.az


Xəbərə aid fotolar