Ofisiant işləyib anama baxıram"


Digərləri 24 Apr 2019 12:07:00 197 0

Ofisiant işləyib anama baxıram"

Təhsil haqqını ödəməyə imkanı çatmadığı üçün universitetdən xaric olunan gənc femida.az-a müraciət edib.

Son.az xəbər verir ki, Ucar rayonu, Bərgüşad kənd sakini Anar Hümmətlinin sözlərinə görə, 2013-cü ildə "Asiya" Universitetinə qəbul olunub. 2015-ci ildə həmin universitet bağlandıqdan sonra Təhsil Nazirliyinin xətti ilə tələbələr "Azərbaycan" Universitetinə köçürülüb. Ailənin maddi vəziyəti çətin olduğundan Anar Hümmətlinin təhsilində iki dəfə fasilə yaranıb. 

"Tarix fakültəsinin tələbəsiyəm. 2017- ci ilin yanvarından təhsil haqqını ödəməyə imkanım çatmadığından təhsilimi dayandırdım. Bakıda anam və bacımla birgə kirayədə yaşayırıq. Ailəmizi dolandırmaq üçün restoranda ofisiant işləyirəm. Bu qazancla illik 2500 manat təhsil haqqını ödəməyə gücüm çatmır. Universitetdə təhsildən, davranışdan çox razıyam. Burada oxuyan tələbə heç bir maneə ilə qarşılaşmır. Mənim problemim təhsil haqqı borcumla bağlıdır. Əvvəlki illərin təhsil haqqını qohumların, yaxşı insanların köməkliyi ilə ödədik. İndi sonuncu kursdayam. Universitetə 3818 manat təhsil haqqı borcum var. Bunu ödəyə bilmədiyim üçün dərslərə buraxılmıram. 2019-cu ilin fevralından mənə xəbərdarlıq edilmədən universitetdən xaric edildim. Tələbə krediti götürmək istəyirdim. Bizim Universitet həmin şəbəkəyə qoşulmadığı üçün o xidmətdən istifadə edə bilmədim. Təhsilə, gənclərə önəm verən şəxslərdən xahiş edirəm ki, mənim təhsil haqqımın ödənilməsinə kömək etsinlər. Mətbuatda tez-tez Mehriban xanım Əliyevanın humanist addımlarını görürüəm. Ümid edirəm ki, mənə də kömək olacaq. Universitetə daxil olmaq üçün çox əziyyət çəkmişəm. Arzum odur ki, bitirəm və Tarix müəllimi işləyəm".

Gəncə kömək etmək istəyən şəxslər üçün məlumatları təqdim edirik:

VÖEN: 1500505261

ATABANK ASC


Xəbərə aid foto