Bukmekerlər Manchester United-ə inanır - ən yüksək əmsal


İdman 24 Apr 2019 11:33:00 227 0

Bukmekerlər Manchester United-ə inanır - ən yüksək əmsal

Goal.az xəbər verir ki, ingilis bukmeker kontorları sözügedən qarşılaşma üçün əmsalları açıqlayıb. Ev sahibi Manchester United-in qələbəsinə 7,00 əmsal verilib. Bu, klub tarixində Manchester United-in ev oyununda qələbəsinə verilən ən yüksək əmsaldır.

İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış oyunda Manchester United Manchester City ilə qarşılaşacaq.

Görüşün əsas favoriti olan Manchester City-nin qələbəsi isə 1,5 əmsalla qiymətləndirilib.

Manchester United – Manchester City matçı bu gün saat 23:00-da start götürəcək.