"PAŞA Bank"da müştəri olmaq istəyən hüquqi şəxslər üçün onlayn hesab açmaq imkanı yaradıldı
Digərləri 24 Apr 2019 11:58:59 232 0
Ölkənin ən böyük özəl bankı "PAŞA Bank"da hüquqi şəxslər üçün yeni bir xidmət – onlayn rejimdə hesab açmaq imkanı yeni müştərilərin istifadəsinə verildi.
Bakı.
Ölkənin ən böyük özəl bankı "PAŞA Bank"da hüquqi şəxslər üçün yeni bir xidmət – onlayn rejimdə hesab açmaq imkanı yeni müştərilərin istifadəsinə verildi. Bu xidmət Azərbaycanda ilk dəfə təqdim olunur. Artıq Bankda müştəri olmayan hüquqi şəxslər, onlayn şəkildə ərizə formasını dolduraraq sadəcə “ASAN İmza” mobil elektron imza vasitəsilə ərizəni təsdiqləyir, yeni açılmış hesab üzrə rekvizitləri 10 dəqiqə ərzində əldə edir və Banka yaxınlaşaraq hesabı aktiv edir.
Onlayn hesab açmaq prosesini daha effektiv etmək məqsədilə "PAŞA Bank" daim təkmilləşdirmə işləri aparır və müştərilərin ehtiyaclarına cavab verən yenilikləri tətbiq edir. Belə ki, vaxta qənaət edərək müxtəlif valyutalarda cari və kart hesabı ilə yanaşı, Bank müştərilərinə dövriyyəsinə uyğun olaraq tarif paketlərinə də artıq onlayn qoşulma imkanını təqdim edir.
"PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd etdi: “Ümid edirəm ki, onlayn rejimdə hesab açmaq imkanı "PAŞA Bank" müştərilərinin işini asanlaşdıraraq qarşılarında geniş imkanlar açacaq və bu rəqəmsal həllin rəqabət qabiliyyətli üstünlüklərindən faydalanmağa imkan verəcək. Bu xidmət öz növbəsində "PAŞA Bank"ın 2018-2020-ci illər üzrə İnkişaf strategiyası üzrə əsas hədəflərindən biri olmaqla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin rəqəmsal inkişaf sahəsindəki məqsədlərinə çatmağa xidmət edən yeni bir töhfədir”.
Mənbə: az.trend.az