Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli,


Digərləri 24 Apr 2019 11:49:00 66 0

Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli,

Son.az "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin yazısını təqdim edir:

Bu bir həqiqətdir ki, Azərbaycanın radikal müxalifəti xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara qarşı çıxmağı, bu uğurlara kölgə salmağı özü üçün "ənənə"yə çevirib. Onlar bu uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün bütün güclərini səfərbər edirlər. Hətta hər hansı ümumxalq, ümumdövlət məsələsində belə, onlar dövlətin, xalqın marağını satmaqdan çəkinmir, düşmənlərlə eyni sırada dayanırlar. Bir sözlə, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan nailiyyətlərə mənfi don geyindirməklə məşğuldur. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə, həmçinin dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi nümunəyə çevrilməsi radikalların faktiki olaraq yuxusunu ərşə çəkib. Bu səbəbdən də onlar "əllərindən gələni əsirgəmir" və bütün vasitələrlə düşmən dəyirmanına su tökməyə davam edirlər.

Təəssüflər olsun ki, Azərbaycanımızın uğurları, nailiyyətləri anti-Azərbaycan dairələri ilə yanaşı, daxildəki "5-ci kolon"un nümayəndələrini də ciddi şəkildə narahat edir. Daxili bədxahlar hər zaman Azərbaycanın istənilən uğurlarına qısqanclıqla yanaşıb, ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün məişət səviyyəsində olan problemləri şişirtməklə siyasi divident qazanmağa çalışıblar. Azərbaycan ictimaiyyəti qaragüruhçuların bədxah əməllərini "Eurovision", I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 zamanı açıq şəkildə görüblər. Adıçəkilən tədbirlərin iqtisadi, həmçinin siyasi baxımdan ölkəmiz üçün olduqca əhəmiyyətli olmasına baxmayaraq, kvaziqruplar Azərbaycan cəmiyyətinin iradəsinin əksinə çıxmaqla xarici anti-Azərbaycan dairələrinin siyasi sifarişlərini həyata keçiriblər. Elə yaxın günlərdə start götürəcək Formula 1 yarışları ərəfəsində də Azərbaycan dövlətinin əleyhinə çirkin kampaniya başladıb və bununla da ölkəmizin imicinə zərbə vurmağa, avtoyarışın əhəmiyyətini azaltmağa səy göstərirlər.

Hər zaman olduğu kimi, bu çirkin kampaniyanın başında da AXCP sədri Əli Kərimli dayanır. Bu, həmin Əli Kərimlidir ki, 1992-1993-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmış, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibi vəzifəsini daşıyırdı. Həmin illərdə Azərbaycanın igid oğulları Qarabağı düşmən tapdağından azad etmək üçün döyüşə atılarkən Əli Kərimli Bakıda bəlli ölkələrin kəşfiyyat qurumlarının siyasi sifarişlərini reallaşdırırdı. Xalqın AXC-Müsavat hakimiyyətini devirdikdən sonra belə, Əli Kərimli şəxsi və ailə maraqları naminə Azərbaycan dövlətinin və xalqının mənafeyini satmaqla məşğul oldu. Təsadüfi deyil ki, müxalifətdə xəyanətkar adı qazanan Əli Kərimli Əbülfəz Elçibəyə xəyanətdə, AXCP-ni parçalamaqda günahlandırılır.

Əli Kərimli, onun yaxın siyasi tariximizdəki separatizm və xəyanətləri yenə siyasi gündəmin mövzusudur. Son 25 ildə müxalif düşərgədəki siyasi durumdan asılı olmayaraq, Əli Kərimlinin mənfi reputasiyası zaman-zaman gündəmə gəlib. Bu şəxsin adı müxalif düşərgədən gizli danışıqlara girən ilk siyasətçidən tutmuş, Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər ən ilginc olaylarda hallanıb. Söhbət təkcə Əbülfəz Elçibəyin zəhərlənməsindən getmir, digər bulanıq-çirkli məsələlərdə də məhz Əli Kərimlinin adı həmişə öndə olur. Əli Kərimli onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə "satqın" damğası vurmağa vərdiş edib.

Əli Kərimlinin təhdid və qorxu dolu daxili dünyası gerçəklərini qiymətləndirməsinə maneə olur. Onun ən böyük gerçəyi yalandır. Buna görə, tez-tez haqqında olan gerçəkləri gözdən itirməyə çalışır. Daha doğrusu, apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurur. Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. O, heç vaxt özündən başqasını anlamayıb. Çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla ən yaxın adamını belə əzməyə hazırdır. Bu səbəbdən də AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Əli Kərimli, onun keçmiş müavini Razi Nurullayevin dediyi kimi, cəbhəçiləri portağal qabığı kimi soyur. O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə özünə qarşı təhdid kimi görüb.

Bütün işi-gücü şər, böhtan, yalan yaymaq, dezinformasiyalarla insanları çaşdırmaq, yalnız hakimiyyətə qarşı təxribat törətmək, cəmiyyəti qarışdırmaq olan Əli Kərimlini Azərbaycan düşündürsəydi, ailəsini ölkədən kənarda saxlamazdı, oğlu Türkel Kərimlini hərbi xidmətdən yayındırıb ABŞ-a qaçırmazdı. Əli Kərimli xəyanətkar olduğundan bir dəfə də olsun Qarabağı işğal edən ermənilərdən, onları müdafiə edənlərdən bəhs etmir, anti-Azərbaycan qüvvələrə qarşı çıxmır, erməni fondlarından gələn pullardan imtina etmir. Çox maraqlıdır ki, Əli Kərimli bu günə qədər xalqımızın və dövlətimizin uğurlarından, nailiyyətlərindən bir kəlmə belə olsun danışmayıb, yazmayıb. Görünür, Əli Kərimli özünü azərbaycanlı, bu torpağın övladı hesab etmir.

Görünən odur ki, Əli Kərimli Azərbaycan dövlətinin və xalqının düşməni kimi yalnız ölkəmizin uğursuzluğunu arzulayır, Vətənimizin dara düşməsi üçün düşmənlərimizin əlində maşa olmağı özünün həyat amalına çevirib.

Əminəm ki, zaman gələcək, vətən xaini olan Əli Kərimli satqınçılıq əməllərinə görə bu xalq, bu millət qarşısında cavab verəcək.

Jurnalistlərdən qaçmaq istəyi “ürəyində qaldı”  FOTO like
  • 24 Apr 11:45  
Digərləri Jurnalistlərdən qaçmaq istəyi “ürəyində qaldı” FOTO

Türkiyəli aktrisa Ece Sükan sevgilisi Uğur Güvenlə İstanbulun məşhur kl

arrow Ətraflı
Türkiyədə əyləncə mərkəzində ATIŞMA - Ölən və yaralananlar var like
  • 24 Apr 11:45  
Digərləri Türkiyədə əyləncə mərkəzində ATIŞMA - Ölən və yaralananlar var

Türkiyənin Niğde şəhərində əyləncə mərkəzlərinin birində atışma

arrow Ətraflı
Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər like
  • 24 Apr 11:40  
Digərləri Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər

Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiry

arrow Ətraflı
Nobel prospektində piyadanı vurub öldürən sürücü saxlanılıb like
  • 24 Apr 11:38  
Digərləri Nobel prospektində piyadanı vurub öldürən sürücü saxlanılıb

Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadis

arrow Ətraflı
Ramil Usubov inspektoru rəis təyin etdi like
  • 24 Apr 11:35  
Digərləri Ramil Usubov inspektoru rəis təyin etdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

arrow Ətraflı
Bukmekerlər Manchester United-ə inanır - ən yüksək əmsal like
  • 24 Apr 11:33  
İdman Bukmekerlər Manchester United-ə inanır - ən yüksək əmsal

Goal.az xəbər verir ki, ingilis bukmeker kontorları sözügedən qar

arrow Ətraflı
Bakıda aeroport yoluyla şəhərə gələnlər ehtiyatlı olsunlar like
  • 24 Apr 11:31  
Digərləri Bakıda aeroport yoluyla şəhərə gələnlər ehtiyatlı olsunlar

AAYDA-dan Son.az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vas

arrow Ətraflı
Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib like
  • 24 Apr 11:30  
Digərləri Qərbi Kaspi Universitetində daha bir elmi konfrans keçirilib

Qərbi Kaspi Universitetində “Xalqın keçmiş tarixi, etnogenezi, sosial əl

arrow Ətraflı
“İntihar edə bilərəm” like
  • 24 Apr 11:26  
Şou-biznes “İntihar edə bilərəm”

Aktyor Fərda Xudaverdiyev “Hər şey daxil” proqramında qonaq olub

arrow Ətraflı
Rusiyadan gələn Azərbaycan vətəndaşında dərman preparatları aşkarlanıb (FOTO) like
  • 24 Apr 11:26  
Digərləri Rusiyadan gələn Azərbaycan vətəndaşında dərman preparatları aşkarlanıb (FOTO)

Rusiyadan gələn Azərbaycan vətəndaşında dərman preparatları aşkarlanı

arrow Ətraflı
Bakıda küçədə soyğunçuluq like
  • 24 Apr 11:22  
Digərləri Bakıda küçədə soyğunçuluq

Bakı şəhər sakini Ə.Bəkirov aprelin 21-də saat 23 radələrində Salyan

arrow Ətraflı
Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb like
  • 24 Apr 11:19  
Digərləri Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb

Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib.

arrow Ətraflı