Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı 12 mini ötüb
Digərləri 24 Apr 2019 10:26:00 188 0
Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən 2018-ci il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib.
Bakı. Elçin Mehdiyev –
Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən 2018-ci il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, həmçinin “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və qeydiyyatla bağlı 16 şəhadətnamə verilib.
Mənbə: az.trend.az