Bu gündən Bakı bulvarının bir hissəsinə giriş 5 günlük bağlanır


Digərləri 24 Apr 2019 09:33:20 258 0

Bu gündən Bakı bulvarının bir hissəsinə giriş 5 günlük bağlanır

Bu gündən Bakı bulvarının bir hissəsinə giriş 5 günlük bağlanır.

Bakı. Elçin Mehdiyev – 26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar bu gündən etibarən Dənizkənarı Milli Parkın "Azneft" dairəsindən Bakı Dəniz Vağzalına qədər hissəsinə giriş bağlanacaq. Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1 yarışına bileti olan şəxslər həmin əraziyə daxil ola biləcəklər. Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı Bakı bulvarında əyləncə proqramlarına başlanacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".