"Əgər Rusiya kompleksləri Azərbaycana satmaq istəsə..."


Dünya 24 Apr 2019 08:52:00 229 0

"Əgər Rusiya kompleksləri Azərbaycana satmaq istəsə..."

Türkiyə Rusiyadan tədarük edilən S-400 zenit-raket komplekslərini Azərbaycan və Qətərə vermək niyyətində deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu qeyd edib ki, S-400-ü Azərbaycan və yaxud Qətərdə yerləşdirmək barədə söhbət yoxdur: "Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat KİV-lər tərəfindən hər zaman müzakirə olunur. Əslində məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş imzalamışıq və hazırda çatdırılma müddətlərini müzakirə edirik".