Vaşinqtonda dördüncü TransXəzər Forumu keçiriləcək


Digərləri 24 Apr 2019 08:26:00 239 0

Vaşinqtonda dördüncü TransXəzər Forumu keçiriləcək

Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası mayın 22 və 23-də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda dördüncü Trans-Xəzər Forumunu keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, 2016-cı ildən ardıcıl olaraq hər il keçirilən forum Birləşmiş Ştatların siyasət və biznes liderlərini və Trans-Xəzər dəhlizi ölkələrinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması, biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirir.

ABŞ Ticarət Palatasının Vaşinqtondakı baş ofisində həyata keçiriləcək növbəti Trans-Xəzər Forumu Birləşmiş Ştatlar və Xəzər regionu ölkələrindən olan biznes liderləri, xarici siyasət mütəxəssisləri və dövlət rəsmilərini bir araya toplayaraq onlara yeni istiqamətləri araşdırmaq və yeni imkanları müəyyən etmək üçün arena yaradır.