İranın qaz ixracı ötən il azalıb


Dünya 24 Apr 2019 08:12:00 224 0

İranın qaz ixracı ötən il azalıb

İranın qaz ixracı ötən il (21 mart 2018-dən başlayaraq) öncəki illə müqayisədə 10% azalaraq gündəlik 24,1 milyon kubmetrə çatıb.

Son.az bildirir ki, bu barədə Trend İranın Milli Qaz Şirkətinin Qaz İdarəetmə Departamentinin hesabatına istinadən məlumat verib.

Hesabata əsasən, İran öncəki ildə gündəlik 26,9 milyon kubmetr qaz ixrac edib.

Hesabatda bildirilir ki, İran ötən ildə gündəlik 6,3 milyon kubmetr qaz idxal edib. Halbuki bu rəqəm öncəki ildə gündəlik təxminən 10,7 milyon kubmetr olub.

Sıra

İstehlak forması

Öncəki ilin gündəlik ortalaması (21 mart 2017-dən başlayaraq) (milyon kubmetr)

Ötən ilin gündəlik ortalaması (21 mart 2018-dən başlayaraq)

(milyon kubmetr)

Artım və ya azalma faizi

1

Yerli ehtiyatlardan çıxarma

662

711,3

7,4

2

Təbii qaz idxalı

10,7

6,3

-40,8

3

Nəqletmə xətlərinə təhvil verilən qaz

607,7

652,6

7,4

4

Stansiyaların istehlakı

186,1

185,9

-0,1

5

Əsas sənayedəki istehlak

101,8