Palata: Kompensasiyalarla bağlı SMS almayan vətəndaşlar banka yaxınlaşmalıdır


Digərləri 24 Apr 2019 08:00:00 201 0

Palata: Kompensasiyalarla bağlı SMS almayan vətəndaşlar banka yaxınlaşmalıdır

Kredit müqaviləsində qeyd olunan telefon nömrələrini dəyişmiş və ya nömrələrini itirmiş vətəndaşlarımız, banka yaxınlaşaraq əlaqə koordinatlarını yenidən qeyd etdirə və müvafiq SMS-i gözləyə bilərlər.

Bakı. Ayşəm Rüstəmova - Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar olaraq, ötən gündən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Trend-ə deyib ki, paytaxtla yanaşı, regionlarda da aktivlik müşahidə olunur: