UEFA Azərbaycanın viza anketində dəyişiklikləri alqışlayıb


Digərləri 24 Apr 2019 07:52:35 179 0

UEFA Azərbaycanın viza anketində dəyişiklikləri alqışlayıb

Avropa Futbol Assosiasiyalarının İttifaqı UEFA Azərbaycan hakimiyyətinin elektron viza sisteminə (https://evisa.gov.az/ru) HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayıb.

Bakı. Avropa Futbol Assosiasiyalarının İttifaqı UEFA Azərbaycan hakimiyyətinin elektron viza sisteminə (https://evisa.gov.az/ru) HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə UEFA-nın saytında yerləşdirilən bəyanatda deyilir. "Beləliklə, UEFA Avropa Liqasının finalının meydan sahibləri Avropa futbol ittifaqının azarkeşlər adından etdiyi sorğusuna reaksiya verib", - deyə bəyanatda bildirilir.