Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib FOTO


Siyasət 24 Apr 2019 07:01:00 217 0

Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşıladılar.


Xəbərə aid fotolar