Bacısının "WhatsApp"ına "salam" yazdığı üçün tanışını bıçaqladı CİNAYƏTİN TƏFƏRRÜATI


Kriminal 24 Apr 2019 07:00:00 243 0

Bacısının "WhatsApp"ına "salam" yazdığı üçün tanışını bıçaqladı  CİNAYƏTİN TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 26-na təyin olunub.

İttihama görə, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə elan olunmuş ittiham üzrə A.Rəşidov özünü qismən təqsirli bildiyini deyib.

A.Rəşidov qeyd edib ki, Bəxtiyar bacısının "WhatsApp"ına yazıb: "Bunu mənə bacım göstərdi. "Salam" yazan şəxsin Bəxtiyar olduğunu bildim. Bəxtiyarı "WhatsApp"da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim".