Makedoniyalı İskəndərin itmiş gəmisi tapıldı


Digərləri 24 Apr 2019 05:30:00 270 0

Makedoniyalı İskəndərin itmiş gəmisi tapıldı

Livanlı dalğıclar qədim Finikya şəhəri Tirin yerləşdiyi buxtada yeni kəşfə imza atıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, buxtada 11 batmış trier (gəmi) aşkar edilib.

Dalğıc qrupunun rəhbəri Məhəmməd Saruci bəyan edib ki, gəmilər Makedoniyalı İskəndərin donanmasına məxsus olub. Eramızdan əvvəl 332-ci ildə İskəndərin donanması Tir şəhərini mühasirəyə almışdı. Amma gülü fırtına nəticəsində bir neçə gəmi suyun dibinə getmişdi.