İlahiyyat İnstitutu Qubada abituriyentlərlə görüş keçirib (FOTO)


Digərləri 24 Apr 2019 00:18:43 226 0

İlahiyyat İnstitutu Qubada abituriyentlərlə görüş keçirib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. Aİİ-dən Trend-ə verilən məlumata görə, institutun növbəti səfəri Quba rayonuna olub. Quba Rayon İcra Hakimiyyəti aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov görüş iştirakçılarını salamladıqdan sonra bildirib ki, müasir dövrdə cəmiyyətimizin tələbatına cavab verən təhsil sisteminin inkişafı və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi bu sahənin yenilənməsinə gətirib çıxarır. İnstitut haqqında məlumat verən Aİİ İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. Kövsər Tağıyev çıxışında ali təhsil müəssisəsinin tədris prosesi, tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında geniş məruzə ilə çıxış edib.