İnstaqram Vilayəti və Rəisini blokladı


Digərləri 23 Apr 2019 23:45:00 219 0

İnstaqram Vilayəti və Rəisini blokladı

İnstaqram İranın Ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və İran Məhkəmə Sisteminin rəisi axund İbrahim Rəisinin sosial şəbəkə hesablarını bağlayıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, buna ABŞ-ın SEPAH-ı rəsmən terrorçu təşkilatlar siyahısına daxil etməsinin səbəb olduğu bildirilir.

Məlumata görə, İnstaqram rəhbərliyi hər iki yüksək rütbəli şəxsin İranda insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rol oynamasına görə belə bir addım atıb.