Azərbaycanda bacı 25 ildir xəstə qardaşını


Digərləri 23 Apr 2019 23:11:00 233 0

Azərbaycanda bacı 25 ildir xəstə qardaşını

Ucar rayonunun Qarabörk kəndində bacı psixi problemləri olan qardaşını illərdir hində zəncirlənmiş halda saxlayır.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib. K.Ağazadənin sözlərinə görə, bacı bunu qardaşının təqaüdünü almaq üçün edib.

"Onun ruhu xəstə ola bilər. Bəs digər ruhu xəstə olub,onu bu hala salan ruhu xəstə bacını görən ruhu saglam insanlar hardadır? Ucar rayonu Qarabörk kənd sakinidir bu insan, daha düzgün anlamağınız üçün- psixi xəstədir. Amma insandır ilk öncə! 25 ildir ki, psixi xəstə olan ancaq kənd əhalisi arasında, "sən allah,xatasın bizdən çəksin!" mifi ilə özünə haqq qazandırıb, digər psixoloji problemi olan qardaşını da 9 il öncə ata mülkündən uzaqlaşdıran, bütün kəndə meydan oxuyan "bacı" var!